20 C
Baku
Tuesday, April 30, 2024

PAŞA Bank, uşaqları antiseptik vasitələrlə təmin etmək məqsədi ilə keçirilən sosial layihəyə dəstək verdi®

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank, uşaq evlərində yaşayan uşaqlar və aztəminatlı ailələrin uşaqlarına antiseptik vasitələrin verilməsi məqsədi ilə təşkil olunan sosial layihəyə dəstək verdi. Layihə PAŞA Bankın sponsorluğu ilə ABAD publik hüquqi şəxs (Ailə Biznesinə ASAN Dəstək) və “ASAN Könüllüləri” təşkilatının “ASAN Məktub” sosial proqramı tərəfindən həyata keçirilmişdir.

PASHABank supprt chils 20200710 02 PASHABank supprt chils 20200710 03

Layihənin təşkilatçıları uşaqların diqqətini sağlamlığın gücləndirilməsi və gigiyena qaydalarına riayət etmənin vacibliyi kimi məqamlara yönəltdi.

PASHABank supprt chils 20200710 04

Qeyd etmək lazımdır ki, ümumilikdə layihə çərçivəsində Bakıda və regionlarda yaşayan 550-dən çox uşaq əhatə olunmuşdur. Layihə iştirakçıları tərəfindən təqdim olunan antiseptik vasitələr ABAD-ın dəstəyi ilə kiçik sahibkar ailə tərəfindən istehsal edilmişdir.

PASHABank supprt chils 20200710 05

Son xəbərlər
 ⁠
Digər xəbərlər