10 C
Baku
Wednesday, December 11, 2024

Neftin qiyməti ucuzlaşmağa başlayıb

Artıq ilin 7-ci ayında da dünya bazarlarında neftə təlabatdaqlobal iqtisadi aktivliyin bərpa edilməməsi səbəbindən heç bir artım müşahidə edilmir.

Əksinə, dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-da təlabatın zəifləyəcəyi ilə bağlı siqnallar neftin qiymətini ucuzlaşdırıb.

Amerika nefti WTI Nyu-Yorkun birjasında avqust fyuçersləri üzrə 1.02 dollar (2.57%) ucuzlaşmaqla 38.60 dollara düşüb.

Analoji hal, okeanın bu tayında London birjasında da baş verib. Brent sentyabr fyuçersləri üzrə 1 dollara yaxın (2.22%) ucuzlaşmaqla 41.41 dollara düşüb. Halbuki ilin bir neçə gün içində Brentin dəyəri 43 dollar üzərində öz lövbərini sala bilmişdi.

 

Son xəbərlər
Digər xəbərlər