Avropa İttifaqı ölkələrinin ÜDM-si 2019-cu il səviyyəsinə 2022-ci ildə qayıdacaq.
Banker.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun Avropa Departamentinin direktoru Poul Tomsenin bazar ertəsi dərc olunmuş məqaləsində deyilir.
“Biz Avropa İttifaqında real ÜDM-nin 2020-ci ildə 9,3% azalacağını, 2021-ci ildə 5,7% artacağını, 2022-ci ildə isə 2019-cu il səviyyəsinə qayıdacağını gözləyirik”, – mütəxəssis qeyd edir. “Əgər Covid-19 koronavirusunun effektiv müalicə yolu tapılsa, iqtisadiyyatın bərpası daha sürətli ola bilər”, – Poul Tomsen vurğulayır.
“Siyasətçilər etiraf etməlidirlər ki, böhrandan sonrakı iqtisadiyyat 2019-cu il iqtisadiyyatından çox fərqli ola bilər. Aydın olur ki, hazırda kəskin dəyişikliklərə məruz qalırıq və bizim onlara ehtiyacımız var”, – Tomsen söyləyir. Onun sözlərinə görə, hakimiyyət “pandemiyanın bir neçə il davam edəcəyinə” hazır olmalıdır.
“Avropa ekoloji cəhətdən daha təmiz iqtisadiyyata meyl etməlidir”, – məqalənin müəllifi hesab edir.
Xatırladaq ki, BVF-nun proqnozlarına görə, bu il iqtisadiyyat 5% geriləyəcək, növbəti ildə isə 5,4% artacaq.