3 C
Baku
Saturday, December 14, 2024

FHN Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən hadisə ilə bağlı növbəti açıqlamasını yayıb.

Gəncə şəhərinin Kəpəz rayonunda “LUKOİL” yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 50 ton olan yeraltı yanacaq çəninin içərisində 7,2 ton yanacaq (benzin) yanıb. Yaxınlıqda olan 1 ədəd 50 tonluq və 3 ədəd 25 tonluq yanacaq (benzin və dizel) çəni yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər