17 C
Baku
Tuesday, April 30, 2024

Türkiyənin Vitse-prezidenti: “Hər zaman səninləyik Azərbaycan”

Türkiyənin Vitse-prezidenti Fuad Oktay “Twitter”dəki hesabında Azərbaycanda dəstəyini ifadə edib.

Fuad Oktay sosial media hesabında “Səninləyik Azərbaycan” – paylaşımı edib.

Türkiyə-Azərbaycan dostluğunu vurğulayan Vitse-prezident bunları qeyd edib:

“Dost və qardaş Azərbaycana Ermənistan tərəfindən edilən hücum qəbul oluna bilməz, kəskin şəkildə qınayıram. ‪Şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm. ‪Türkiyə və Azərbaycan ətlə dırnaqdır. ‪Hər zaman və hər şərtlə səninləyik Azərbaycan”.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da sosial şəbəkədəki hesabında Azərbaycanla bağlı paylaşım edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər