7 C
Baku
Thursday, December 12, 2024

Çin Honkonq məsələsinə görə ABŞ-a qarşı sanksiyalar tətbiq edəcək

Çin hakimiyyəti “Honkonqun müxtariyyəti haqqında” qanunun qəbul edilməsi ilə əlaqədar olaraq ABŞ vətəndaşlarına və təşkilatlarına qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Banker.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmi saytında deyilir.

“ABŞ-ın qanun layihəsi Honkonqun milli təhlükəsizlik aktına ziddir, beynəlxalq hüququ və beynəlxalq münasibətlərin əsas normalarını pozur, habelə Çinin daxili işlərinə müdaxilə edir”, – mesajda deyilir.
Bununla yanaşı, Pekin Honkonqdakı xarici müdaxilələrə qarşı çıxmağa hazır olduğunu, ABŞ-ın milli təhlükəsizlik qanununun icrasına maneə törətmək üçün etdiyi hər hansı bir cəhdin nəticəsiz qalacağını qeyd edir.

“Əgər ABŞ fikrindən dönməsə, Çin mütləq həlledici cavab verəcək”, – deyə agentlik vurğulayıb.

Xatırladaq ki, Honkonqun milli təhlükəsizliyi haqqında qanun iyunun 30-da qüvvəyə minib. Bu sənəd hökumətə etirazlara qarşı mübarizə aparmaq hüququnu verir. Pekin dəfələrlə qeyd edib ki, Honkonq məsələsi Çinin daxili işlərinə aiddir.

Son xəbərlər
Digər xəbərlər