2020-ci ilin yanvar-iyun ayları ərzində statistik vahidlərin (fərdi sahibkarlar istisna olmaqla) sayı 3 faiz artaraq 2020-ci il iyulun 1-i vəziyyətinə 150555 olmuşdur.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2020-ci ilin yanvar-iyun ayları ərzində 4 563 statistik vahid (kommersiya təşkilatı) yaradılıb, 241 vahid isə ləğv edilib.
Cari ilin 6 ayında 878 xarici müəssisə (100% xarici investisiyalı) yaradılıb, 31-i isə ləğv edilib. Ötən ilin müvafiq dövründə isə yaradılan xarici müəssisələrin sayı 877, ləğv edilənlərin sayı isə 36 idi.
Reyestrdə qeydiyyatdan keçmiş statistik vahidlərdən tam xarici investisiyalı və birgə müəssisələr əsasən Türkiyə (22,1%), İran (10,7%), Rusiya (4,8%), Böyük Britaniya (4,5%), ABŞ (1,7%) və Almaniya (1,2%) kimi ölkələrin sahibkarları tərəfindən yaradılmışdır.