Xaricdən Azərbaycana 2020-ci il ərzində 23 413 ədəd avtomobil gətirilib. Bu illik müqayisədə 25% artıb.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
İdxal olunan avtomobillərin ümumi dəyəri $289.91 mln. təşkil edib.
Ölkəyə gətirilən avtomobillərin 21 917 ədədi minik avtomobilləri, ondan 2 052 ədədi hibrid mühərrikli və 82 ədədi isə “e-car”lar təşkil edib.