Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin meri Laşa Komaxidze istefa verib.
Bu barədə o özü jurnalistlərə bildirib.
Lakin L.Komaxidze istefa səbəbini açıqlamayıb.
Qeyd edək ki, L.Komaxidze 2017-ci ildə Batuminin meri seçilib. Bundan öncə o, Acarıstanın kənd təsərrüfatı naziri olub.