“Turan Bank” Açıq Səhmdar Cəmiyyəti 2020-ci ildə böyük artımla irəliləyir.
Bu barədə Banker.az bankın 2020-ci ilin ilk yarımilliyi üzrə maliyyə hesabatına istinadla xəbər verir.
1 iyul tarixinə bankın cəmi aktivləri 522.55 mln. manat təşkil edib, bu da ilin əvvəli ilə müqayisədə 6.7 faizlik artım deməkdir.
Bankın aktivlərindəki bu artımın səbəbi müştərilərə verdiyi kreditin həcminin 341.31 mln. manata, banklara və maliyyə institutlarına yatırdığı depozitlərin 49.64 mln. manata qədər artması hesabına baş verib.
Depozit portfeli böyüyüb
Cari ilin əvvəli ilə müqayisədə müştərilərindən cəlb edilən depozitlərin həcmi 2.4% artmaqla 255.79 mln. manat olub. Bununla belə “Turan Bank”ın bankların və digər maliyyə institutlarının depozitləri və kreditlərinin həcmi son yarım ildə 14.5% artımla 184.94 mln. manata yüksəlib. Cəmi öhdəlikləri 446.64 mln. manatdır.
İşini mənfəətlə davam etdirir
Kommersiya bankı cari ilin ilk 6 ayı ərzində 18.27 mln. manatlıq faiz gəliri əldə etməklə öncəki ilin analoji dövrünü 1.89 mln. manat üstələyib. Faiz gəlirləri qarşılığında cəmi 10.9 mln. manat faiz xərci çəkib. Belə olduğu halda bankın xalis faiz gəlirinin həcmi 7.37 mln. manat, illik müqayisədə 32.3% artım olması deməkdir.
“Turan Bank” 1.77 mln. manatlıq qeyri-faiz gəliri və 7.77 mln. manat qeyri-faiz xərci ilə yarımilliyi 1.37 mln. manat təşkil edib.
Beləliklə, bank problemli kreditlər üzə ayırmalardan sonra xalis mənfəətinin həcmi 1.12 mln. manat olması deməkdir. Öncəki ildə bu 150 min manat idi.
Əksər banklardan cari ilin martından başlayaraq koronavirus (COVİD-19) səbəbindən ölkədə tətbiq edilən karantin (bəzən sərt karantin) rejmi səbəbindən ilin ikinci yarısında gəlirlərində və xalis mənfəətində azalma müşahidə edildiyi zamanda bu bankda müsbət rəqəmlər qeydə alınıb. Bunlardan biri də bankın aprel-iyun aralığında 472 min manatlıq xalis mənfəətini qeyd etmək olar.