15 C
Baku
Sunday, November 24, 2024

Azərbaycan bankları real sektoru maliyyələşdirməsində iştirak edə bilmir

Mərkəzi Bankın ilin başlanğıcından bu yana banklara qoyduğu qadağaların kredit bazarına təsirindən Banker.az saytının müsahibi iqtisadçı-ekspert Vüqar Bayramov aydınlıq gətirdi.

“Azərbaycanda hər 100 manatlıq kreditin 50 manatı məhz kütləvi kreditləşmənin payına düşür”

Bu gün Azərbaycanda kredit bazarının ciddi problemlərindən biri də kommersiya banklarının təklif etdikləri kreditlərin əhəmiyyətli hissəsinin istehlak kreditləşməsinin payına düşməsi ilə bağlıdır. Qeyd edək ki, ümumi kredit portfelinin 40% -ni istehlak kreditləri, 10% -ni isə mikrokreditlər təşkil edir. Praktiki olaraq kütləvi kreditləşmə mikrokreditlər daxil olmaqla kredit portfelinin 50% ni əhatə edir. Kredit portfelinin 4, 5% -i aqrar sektora yönləndirilən kreditlərin aiddir. Bu isə o deməkdir ki , aqrar sektorda daxil olmaqla, istehsal sektoruna yönləndirilən kreditlərin həcmi ümumi kredit portfelinin cəmi 15% ni təşkil edir. Bu kommersiya bankları tərəfindən verilən hər 100 manatlıq kreditin 15 manatının yalnız aqrar sektor daxil olmaqla real sektora yönəldiyindən xəbər verir. Təbii ki,  balans, kredit portfelinin strukturu arzuolunan deyil. Kredit portfelinin strukturunda istehlak kreditləşməsinin payı çoxdur, payın çox olması  və buna uyğun olaraq real sektorun payının az olması praktiki olaraq bir tərəfdən kreditlərin geri qaytarılması ilə bağlı riskin yaranmasına gətirib çıxarır.

İstehlak kreditləşməsi praktiki olaraq daha risklidir

İstehlak kreditlərindən istifadə edənlərin sayı çox olduğundan risk də çoxalır. İstehlak kreditləşməsinin kredit portfelində payının çox olması real sektorun kommersiya bank sferasından faydalanmasına imkan vermir.

 Azərbaycan bankları real sektoru maliyyələşməsində iştirak edə bilmir

Dünyanın bir çox ölkəsində kommersiya bankı real sektorun əsas maliyyə mənbələrindən hesab olunur. Təəssüf ki , Azərbaycan bankları real sektoru maliyyələşməsində iştirak edə bilmir. Real sektora yönəldilən vəsaitlərin çox  hissəsi birmənalı şəkildə kommersiya bankları vasitəsilə dövlətin real sektora ünvanladığı güzəştli kreditlər və ya yardımlardır. Mərkəzi Bank bu ilin əvvəlində qadağalar, şərtlərin ağırlaşmasına tətbiq etməklə balansı dəyişməyə və kommersiya bankları tərəfindən real sektora daha çox vəsait ayrılmasına,  istehlak kreditləşməsi azaldılmasına çalışır.  Mərkəzi Bank inflaysıyanı cilovlamağa məsul olan qurum kimi, pul dövriyyəsini nağd pulun kütləsini azaltmağa,  ölkə prezideninin göstərişlərinə uyğun olaraq real sektorun maliyyələşməsində kommersiya banklarının rolunu artırmağa çalışır.

Kommersiya bankları praktiki olaraq biznesi vəsaitləri ödəmir

Cənab prezidenti son  müşavirədə də qeyd etmişdi ki, “Kommersiya bankları real sektorun maliyyələşdirməsində yaxından iştirak etmir”. Ölkə prezidentinin kommersiya banklarının real sektoru maliyyələşdirməməsi ilə bağlı bəyanatı praktiki olaraq bank sektorundakı maliyyələşmənin mövcud vəziyyətini göstərir, eyni zamanda praktiki olaraq yerində verilən bir bəyatdır. Kommersiya bankları qısa müddət ərzində gəlir əldə etməyə çalışmamalıdır. Ölkə prezidentinin qeyd etdiyi kimi dövlət güzəştli kreditləri kommersiya bankları arasında bölüşürsə, onlar da  iqtisadi inkişafda əsas lokomotivlərdən biri olmalıdır. Bu gün reallıq ondan ibarətdir ki, kommersiya bankları vətəndaşla işləməyə çalışır, praktiki olaraq biznesi vəsaitləri ödəmir.

 2012 və 2013-cu illərdə bank sektorunda istehlak kreditləşməsi bumu yaşandı

Mərkəzi bank ehtiyat normasını dəyişdirilməsi ilə bağlı qərar qəbul etdi . Ehtiyat normasını dəyişdirilməsi ilə bağlı qərar qəbul etməklə real sektoru müəyyən qədər stimullaşdırmağa çalışdı. 2008 ci ildə qəbul edilmiş əsasnaməyə əsasən kommersiya bankları iş yerindən arayış olmadan istehlak kreditləri verə bilməzdi . Təəssüf, Mərkəzi Bank uzun müddət qərarın icrasına praktiki olaraq göz yumdu bu isə ona gətirib çıxardı  ki, 2012 və 2013-cu illərdə bank sektorunda istehlak kreditləşməsi bumu yaşandı.Nəticədə, Mərkəzi Bank 2014-cü ilin əvvəlində daha sərt addımlar atdı.

Qərarlar bankları real sektoru maliyyələşdirməsinə sitimullaşdırmadı

2014 cu ilin  ilk yarım ilinin nəticələri göstərdi ki, Mərkəzi Bankın istər istehlak kreditləşməsi verməsi ilə bağlı şərtləri ağırlaşdırılması, iş yerindən arayışın verilməsinin məcburi xarakter daşıması, digər tərəfdən ehtiyat normalarının dəyişdirilməsi ilə bağlı qərar qəbul etməsi bankları real sektoru maliyyələşdirməsinə sitimullaşdırmadı . Real sektor bankların fəaliyyət dairəsindən kənardadır.

Qanunvericiliyə əsasən kommersiya bankları öz məhsullarını reklam etməkdə sərbəstdilər

Mərkəzi Bank şifahi şəkildə istehlak kreditləri ilə bağlı kreditlərin verilməsi ilə bağlı göstəriş verdi. Təbii ki, istər şifahi, istərsə də yazılı olmasından asılı olmayaraq ölkənin üst bankının belə bir göstəriş  verməsi qanunvericiliyə ziddir. Qanunvericiliyə əsasən kommersiya bankları öz məhsullarını reklam etməkdə sərbəstdirlər. Reklamların qadağan olunması real sektorun maliyyələşdirilməsi anlamına gəlmir.

Banklar üçün xüsusi güzəştlər tətbiq olunmalıdır

Çox təəssüf ki, bu gün bank sektorunda real sektoru dəstəkləməsi ilə bağlı aparılan siyasət tam olaraq doğru deyil , çünki daha çox diqqət istehlak kreditlərinin verilməsinin sıxışdırılması, ağır şərtlərlə istehlak kreditlərini vermək, istehlak kreditlərinə əl  çatanlığın azaldılması ibarətdir. Mərkəzi Bnak düşünür ki,  banklar istehlak kreditləşməsinə daha az vəsait verəcəksə, onda qalan vəsait real sektorun maliyyələşdirilməsinə yönləndiriləcək. Əslində bu forma işləmir. Ona görə işləmir ki, real sektoru maliyyələşdirilməsi üçün Mərkəzi Bnak nəinki reklamların qadağan olunması həmçinin şifahi olaraq isehlak kreditlərinin şərtlərinin ağırlaşdırılması deyil, Mərkəzi Bank digər vəsitələrdən istifadə etməlidir.

Yapon modeli ölkədə tətbiq olunmalıdır

Biz əslində təklif edirik ki, Yaponiyada olduğu kimi olduğu kimi real sektor daha çox kredit yönləndirən, kredit portfelində real sektorun payı ümumi kredit portfelinin 3 /1  artıq olan banklar üçün xüsusi güzəştlər tətbiq olunsun. Məsələn, vergi güzəştlərinin edilməsi bu Vergiler Nazirliyi daxil olmaqla, hökümət tərəfindən razılaşmalıdır. Müzakirə edilməldir. Vergi məcəlləsinə əlavə və dəyişikliklər edilməlidir. Taktiki metodlarla yəni daha qısamüddətli işləyə biləcək metodlardan istifadə olunmalıdır. Yenə də qeyd edirəm ki, taktiki metodlar bank sektorunda real sektoru maliyyələşməsinə zəmin yaratmayacaq. Taktiki metodlar bir necə ay ərzində kredit portfelinin strukturunda cüzi dəyişiklıri gətirib çıxara bilər. Kredit portfelinin strukturunun fundamental dəyişdirilməsinə taktiki metodlarla yox, strateji metodlarla nail olmaq mümkündür.

 Ehtiyat normalarınn dəyişdirilməsinə ehtiyac var

Ehtiyat normalarının dəyişdirilməsinə, girovların qiymətləndirilməsi mexanizmlərinin dəyişdirilminə ehtiyac var . Real sektor üçün ehtiyat normaları çox simvolik olmalıdır ki, kommersiya bankları ehtiyat normalarının maliyyələşdirilməsini həyata keçirə bilsinlər. Strateji metodlar ehtiyat normasına yenidən baxılması, girovların qiymətləndirilməsi metodlarının dəyişdirilməsi , yeni mexanizmlərin tətbiq edilməsi bank sektorundakı vəziyyəti dəyişə bilər.

Kommersiya bankları real sektoru maliyyələşdirilməsində maraqlı olacaqlar

Mərkəzi Bank isethalak kreditləşməsini sərtləşdirilməsi deyil, daha çox strateji olaraq bankların real sektoru maliyyələşdirilməsinə stimullaşdırılması  siyasəti tətbiq etməyə çalışarsa o zaman təbii bu imkan verəcək ki, nə reklamları qadağan etməyə ehtiyac qalsın, istehlak kreditləşməsi ilə bağlı sərt qaydalar tətbiq edilsin . Belə olanda kommersiya bankları real sektoru maliyyələşdirilməsində maraqlı olacaqlar.

Son xəbərlər
Digər xəbərlər