5 C
Baku
Saturday, December 14, 2024

Filippin avqustun 1-dən başlayaraq əcnəbilərin uzunmüddətli viza ilə ölkəyə gəlişinə icazə verəcək

Filippinin yoluxucu xəstəliklərlə mübarizə üzrə müəssisələrarası işçi qrupu avqustun 1-dən başlayaraq, əcnəbi vətəndaşların uzunmüddətli viza ilə ölkəyə gəlişinə icazə verilməsi barədə qərar qəbul edib.

Bu barədə Filippin Prezident Administrasiyasının iyulun 17-də dərc edilən bəyanatında bildirilir.

Sənəddə qeyd edilir ki, ölkəyə gələn əcnəbilər qüvvədə olan vizalardan istifadə etməlidirlər. Bu isə o deməkdir ki, yeni vizalarla Filippinə gəlmək hələlik mümkün deyil. Bununla yanaşı, bildirilir ki, əcnəbilərin ölkəyə gələ biləcəyi reyslərdə əsasən Filippin vətəndaşlarına üstünlük veriləcək.

Bundan əlavə, əcnəbilər xüsusi karantin mərkəzlərində yer bronlamalı və koronavirus testindən keçməlidirlər.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Filippində 61 min 200-dən çox koronavirusa yoluxan var. Onlardan 21 min 400 nəfərinin sağaldığı, 1600-nün isə həyatını itirdiyi bildirilir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər