6 C
Baku
Sunday, December 15, 2024

İlin əvvəlindən sahibkarlara 187,8 mln. manat güzəştli kredit verilib

Bu il ərzində 3 658 sahibkara 187,8 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8 000-dən çox yeni iş yerinin yaradılmasına imkan verib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) istinadən bildirir ki, İndiyədək Dağlıq-Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 340 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,5 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, ixtisaslaşdırılmış “yaşıl market”in, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, heyvandarlıq komplekslərinin, quşçuluq fabrikinin, çörək zavodunun, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük təsərrüfatlarının və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 5 mindən çox yeni iş yeri yaradılıb.

Şamaxı və ətraf rayonlardan olan 70-ə yaxın sahibkara 1 mln. manatdan çox güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması hesabına 130-a yaxın yeni iş yerinin açılması mümkün olacaq. Tədbirdə sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.

Publika.az 

Son xəbərlər
Digər xəbərlər