2020-ci ilin iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 983,8 mini keçib. 2019-cu ilin iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 880 min nəfər olub.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə hər səkkiz fərdi sahibkardan altısı “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçmişdir.
Fərdi sahibkarların 78,6 faizini kişilər, 21,4 faizini isə qadınlar təşkil etmişdir.
Qadınlar “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 24,5 faizini, “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət sahəsində 30,3 faizini, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində isə 20,7 faizini təşkil edir.