Azərbaycan istehsalı olan reaktiv mühərriklər üzün nəzərdə tutulan kerosin yanacağı ixracı cari ilin ilk 5 ayında 54.54 min ton olub.
Banker.az bu barədə rəsmi mənbəyə istinadla bildirir ki, ixrac olunan bu yanacaqdan ölkəmizə $31.61 mln təşkil edib.
Ölkəmizdən ixrac olunan bu məhsulun ən çox gəlir gətirdiyi ay isə fevral ayında $10.98 mln. olmaqla gəlib.
| 2020-ci ildə aylar üzrə ixrac olunan reaktiv mühərrik üçün kerosin yanacağı | |||
| Aylar | Miqdar, ton | Ixrac, mln. $ | 1 t dəyəri, $ | 
| Yanvar | 12,386.58 | 8,760.00 | 707.22 | 
| Fevral | 19,491.40 | 10,982.98 | 563.48 | 
| Mart | 7,727.81 | 5,116.80 | 662.13 | 
| Aprel | 6,222.02 | 2,981.29 | 479.15 | 
| May | 8,707.57 | 3,770.02 | 432.96 | 
Azərbaycandan isə bu məhsulu ən çox Əfqanıstan alıb. Bu ölkə, ölkəmizdən ilin ilk 5 ayı ərzində $16.24 mln. həcmindən reaktiv yanacağı alıb.


 
                                    





