10 C
Baku
Thursday, December 12, 2024

Bank müştərilərinin sayı 5 milyon nəfərə çatır

Azərbaycanda fəaliyyət göstərən bankların müştərilərinin sayı 4.8 milyon nəfərə çatıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, son 1 ay ərzində bank müştəriləri 122 526 nəfər və yaxud 3% artıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisə bank müştərilərinin sayı 9% yəni, 261 329 nəfər artıb.

Lakin ilin əvvəli ilə müqayisə etsək, bank müştəriləri həmin dövrdə müşahidə olunan yüksək həddi keçməyib. Belə ki, ilin əvvəli ilə müqayisədə müştərilərin sayı 37 474 nəfər azdır.

Son xəbərlər
Digər xəbərlər