13 C
Baku
Saturday, November 23, 2024

BLENDED LEARNİNG formatında MBA

Blended-learning formatında olan MBA proqramları dedikdə, distant və əyani təhsilin ortağı və ya qarışıq tədris nəzərdə tutulur. Bir sıra əhəmiyyətli çatışmazlıqları olan tam distant və ya tam əyani təhsildən fərqli olaraq, qarışıq tədris formatı əyani MBA ilə müqayisə ediləcək qədər üstünlüklərə malikdir.

Qarışıq tədris prosesi necə qurulur? Bütün dərslər distant, imtahanlar isə əyani formatda keçirilir və tələbə müəllimləri ilə birgə bu və ya digər materialı təkrar etmək, ona aid suallar vermək imkanına malik olur. Beləliklə, dinləyici nəzəri bilikləri evdə, praktiki bacarıqları isə auditoriyada əldə edir.

Aydın olur ki, bu format yalnız bu halda əlverişli ola bilər: tələbə müntəzəm olaraq müəllimlərdən güclü metodika və konsaltinq dəstəyini alır; tədrisin əyani hissəsi tyutor və dinləyicilərin qarşılıqlı əlaqəsi, məlumat mübadiləsi şəklində keçir.

Bu formatda effektiv təhsil almağın əsas maneəsi istənilən distant iş və ya təhsildə olduğu kimidir – tələbə materialı müstəqil şəkildə mənimsəmək qabiliyyətinə, güclü motivasiyaya və dissiplinə sahib olmalıdır. Belə ki, məsuliyyətin əhəmiyyətli payı məhz tələbənin üzərinə düşür.

Blended-learning formatının əsasında qrup yoldaşların onlayn dəstəyi ilə tədris materiallarının müstəqil şəkildə öyrənilməsi və müəllimlərlə məsləhətləşmələrin həyata keçirilməsi dayanır. Burada əsas məqsəd dinləyiciyə seçilən konsepsiya və alətlərin düzgün olub-olmadığını göstərməkdir.

Tədris materiallarının müstəqil şəkildə öyrənilməsinə və onlayn məsləhətləşmələrin həyata keçirilməsinə adətən həftədə 10-12 saat sərf olunur. Dərsliyin bir hissəsini öyrəndikdən sonra tələbə test tapşırıqlarını yerinə yetirir və ya keçdiyi materialın praktiki təsvirini yaradır.

Əyani mühazirələr zamanı (bir qayda olaraq, qrup şəklində olur və üç gün davam edir) case-study təşkil edilir. Adətən tyutor və tələbələrin görüşü proqram boyu bir-iki dəfə təşkil olunur. Qarışıq tədris formatının əsas mənfi cəhəti ondan ibarətdir ki, burada qrup yoldaşları ilə ünsiyyət minimuma endirilir. İnsanlar bir-biri ilə tanış olmurlar və buna görə də qarşılıqlı öyrənmə baş vermir.

Təhsil müddətinə gəldikdə, hər bir universitetdə blended-learning tədrisinə qarşı tələblər müxtəlifdir: bir qayda olaraq, 250-400 saat arasında dəyişir.

Qeyd! Bəzi biznes məktəblər “qarışıq proqram” (blended-learning) söz birləşməsindən qaçmağa çalışır və onu “əyani-distant” anlayışı ilə əvəz edir. Yaxşı olar ki, əyani və distant saatların miqdarını əvvəlcədən öyrənəsiniz.

Bəzən elə olur ki, qənaət etmək məqsədilə əyani dəsrlərin sayı bilərəkdən azaldılır. Buna görə də, əyani dəsrlər nə qədər çox olsa, bir o qədər yaxşıdır.

 

 

Son xəbərlər
Digər xəbərlər