Azərbaycanda fəaliyyət göstərən “Regional Bank Olmayan Kredit Təşkilatı” MMC nizamnamə kapitalını minimal normativ olan 300 min manatdan çıxararaq, 67 faiz artırıb.
Bu barədə Banker.az-a daxil olan məlumatda bildirilir.
Məlumata əsasən, BOKT-un nizamnamə kapitalı 200 100 manat artırılmaqla 500 100 manata çatdırıb.
Xatırladaq ki, “Regional BOKT” 2014-cü ildə yaradılıb.
*BOKT-lar haqqında qanuna görə, onlar minimal olaraq 300 min manat nizamnamə kapitalı ilə yaradıla bilər.