9 C
Baku
Thursday, December 12, 2024

“Günay Bank” kapitalını təqribən 4 dəfə artırır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Günay Bank” ASC-nin 49,98 milyon manat dəyərində adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Bakı Fond Birjasının  verdiyi məlumata görə, emissiya çərçivəsində hər birinin nominal dəyəri 4,783 manat olan 10 450 səhm qeydiyyata alınıb.

Yerləşdirmə nəticəsində bankın nizamnamə kapitalı 3,76 dəfə artaraq 68,08 milyon manata çatacaq.

Yerləşdirmənin anderrayteri qismində “Texnika Kapital Menecment” MMC çıxış edir.

Trend

Son xəbərlər
Digər xəbərlər