Belarus Respublikasının prezidenti Alexander Lukashenko xarici işlər nazirinin müavini Oleq Kravçenkonu ABŞ-a səfir təyin edib. Banker.az xəbər verir ki, bu barədə “BelTA” dövlət agentliyi məlumat yayıb.
Eyni zamanda Hollandiya, Avstriya, Böyük Britaniya və Qazaxıstana da səfirlərin təyin olunduğu qeyd olunur.
Kravçennko 1971-ci ildə Minskdə anadan olub. 2007-ci ildə Belarusun ABŞ-dakı səfirliyinin müşaviri, 2008-ci ildən 2014-cü ilədək respublikanın ABŞ-dakı müvəqqəti işlər vəkili olmuşdur.
2014-cü ildə Kravçenko Minskə qayıdıb ABŞ və Kanada İdarəsinin, daha sonra Xarici İşlər Nazirlyinin Amerika şöbəsinə rəhbərlik edib. 2017-ci ildə nazir müavini vəzifəsinə təyin edilib.