Azərbaycanda iqtisadiyyatın hansı sahəsində daha yaxşı maaş verilir, işçilərin orta aylıq əmək haqqı harada daha yüksəkdir.
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin birinci yarısında sənayedə çalışanların orta aylıq əmək haqqı 705.6 manat, tikinti kompleksində işləyənlərin əmək haqqı 622.3 manat, nəqliyyat sahəsində işləyənlərin orta aylıq əmək haqqı 539 manat, informasiya və rabitə sektorunda isə 726.4 manat təşkil edib. Əmək haqqı neft sektorunda 1777.6 manat, qeyri-neft sektorunda 406 manat, dövlət bölməsində 354.3 manat, özəl bölmədə 566.5 manat təşkil edib.
2014-cü il iyul ayının 1-i vəziyyətinə ölkədə pensiyaçıların sayı 1285 min nəfər olub və ölkə əhalisinin 13.6 faizini təşkil edib. Təyin olunmuş aylıq pensiyaların orta məbləği 172.2 manata çatıb və orta əmək haqqının 39.2 faizini təşkil edib.
Cari il iyul ayının 1-i vəziyyətinə görə, ölkədə 332.2 min nəfər sosial müavinət, 60.9 min nəfər birdəfəlik müavinət, 50.2 min nəfər Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlərə görə təqaüd və 126.6 min ailənin 555.2 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alır.
Modern.az
Comments are closed.