16 C
Baku
Monday, November 10, 2025

İlham Əliyev: “Neftin barelinin 1 dollar ucuzlaşması milyonlarla itgi deməkdir”

“Sirr deyil ki, bizim vəsaitimizin əsas hissəsi enerji sektorundan gəlir”.

Banker.az bildirir ki, bunu Azərbaycan Prezidenti bu gün Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində deyib.

“Təsəvvür edin indi bizim neft-qaz kəmərləri olmasaydı və xarici şirkətlər ölkəmizin neft-qaz sənayesinə milyardlarla dollar qoymasaydılar nəyin hesabına biz yaşıyacaqdıq? Bu səviyyədə yaşıya bilərdikmi? Bu qədər haqlı işimizi beynəlxalq arenada bu dərəcədə müdafiə edə bilərdikmi? Əlbəttə ki, yox!”

Ölkə başçısı qeyd edir ki, məhz bu sektorun hesabına ölkədə valyuta ehtiyatları yaradılıb və iqtisadiyyatın digər sektorlarına investisiya qoyuruq. “Biznes və özəl sektor buna görə inkişaf edib”.

Prezident bildirir ki, bundan sonra da nə qədər qeyri-neft sektoru inkişaf edirsə etsin, bizim əsas gəlir mənbəyimiz enerji sektorudur: “Neft və bu gün qaz. Ona görə də bu bizim üçün strateji əhəmiyyətli bir sahədir. Mən çalışıram və çalışacam ki, bu sahə bundan sonra da inkişaf etsin. Yeni neft müqavilələrinin və yeni layihələrin işə düşməsi nəticəsində biz uzunmüddətli inkişafımızı təmin edək. Ona görə, neft-qaz hasilatə və neftin qiyməti bizim ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyan məsələdir. Təkcə bizim üçün yox, neft-qaz hasil edən bütün ölkələr üçün bu əhəmiyyətlidir. Çünki bu ölkələrin iqtisadiyyatı neft-qaz sektoru üzərində qurulub. Ona görə, neftin hər barelinin 1 dollar aşağı düşməsi milyonlarla dollar itki deməkdir. Bu il neftin qiyməti baxın nə qədər düşüb. Bizim gəlirlərimiz buna uyğun olaraq azalıb. Ancaq bir dənə də sosial layihə ixtisar edilməyib”.

Son xəbərlər
Digər xəbərlər