14 C
Baku
Monday, October 21, 2024

Sahibkarların rayonlar üzrə bölgüsü: Bakı və Aran öndədir (Siyahı)

2020-ci ilin iyulun 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 983,8 mini keçmişdir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə hər səkkiz fərdi sahibkardan altısı “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçmişdir.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (29,0%), Aran (21,2%), Gəncə-Qazax (13,8%) və Lənkəran (9,7%) iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

Sahibkar qadınların 31,9 faizi Bakıda, 17,7 faizi Aran, 16,1 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçmişdir.

Fərdi sahibkarların 78,6 faizini kişilər, 21,4 faizini isə qadınlar təşkil etmişdir. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Bakıda (23,5%), Gəncə-Qazax (25,0%) və Lənkəran (21,9%) iqtisadi rayonlarında, Naxçıvan Muxtar Respublikasında (21,9%) qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

67

Son xəbərlər
Digər xəbərlər