17 C
Baku
Thursday, October 17, 2024

“Azərbaycan Sənaye Bankı”nın vəziyyəti məlum oldu – Xalis mənfəəti azalıb, xərcləri artıb

“Azərbaycan Sənaye Bankı” ASC (ASB) bu ilin II rübünü 3 milyon 368 min manat xalis mənfəətlə başa vurub ki, bu, ötən ilin eyni dövrünə nisbətən 35% azdır.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Cari ilin ikinci rübündə ASB-nin gəlirləri 18 milyon 914 min manat (illik müqayisədə 3,4% az), xərcləri 15 milyon 522 min manat (22,3% çox), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 806 min manat, mənfəət vergisi ödəmələri isə 830 min manat (37% az) təşkil edib.

Bu il iyulun 1-nə ASB-nin aktivləri 924 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,8% çoxdur. Bunun 346 milyon 752 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 12,2% böyüyüb.

Hesabat dövründə ASB-nin öhdəlikləri 0,4% artaraq 821 milyon 815 min manata, o cümlədən depozitləri 0,6% artaraq 655 milyon 315 min manat, balans kapitalı isə 5% artaraq 102 milyon 191 min manata çatıb.

Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98,4252%-i “Abadolu Investment Company” MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748%-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər