19 C
Baku
Sunday, September 29, 2024

“Bank of Baku”nun gəlirləri artıb, kredit portfeli böyüyüb

“Bank of Baku” bu ilin II rübünü 5 milyon 405 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 32 milyon 287 min manat təşkil etmişdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Bankın cəmi gəlirləri 24 milyon 557 min manatdan 32 milyon 229 min manata, cəmi xərcləri isə 20 milyon 623 min manatdan 24 milyon 817 min manata yüksəlib.

“Bank of Baku”nun faiz gəlirləri 26 milyon 740 min manat, qeyri-faiz gəlirləri 5 milyon 489 min manat, faiz xərcləri 6 milyon 296 min manat, qeyri-faiz xərcləri isə 18 milyon 521 min manat olub.

MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB

Bu il iyul ayının 1-nə “Bank of Baku”nun aktivləri 379 milyon 215 min manat olub. Bunun 349 milyon 406 min manatı müştərilərə verilmiş  kreditlərdir. Belə ki, 6 ayda Bankın kredit portfeli 3,3% böyüyüb.

Hesabat dövründə “Bank of Baku”nun öhdəlikləri 2019-cu ilin sonu ilə müqayisədə 2,3% azalaraq 309 milyon 652 min manat, o cümlədən depozit portfeli 5,3% azalaraq 173 milyon 466 min manat, balans kapitalı isə 9% artaraq 69 milyon 563 min manat olub.

Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,9 milyon manatdır. Bankın səhmlərinin 35%-i Türkiyənin “NAB Holding”inə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100%-lik, “AFB Bank” ASC-nin isə 99,6%-lik səhmdarı), 28,9%-i “Azpetrol” neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər