Moskvada azərbaycanlı iş adamarının sahib olduğu ticarət nöqtələrində erməni məhsullarına qadağaların qoyulaması davam edir.
Banker.az fed.az-a xəbər verir ki, Azərbaycanlı tanınmış iş adamı İlham Rəhimovun və Qod Nisanovun sahib olduğu «Food sity» meyvə-tərəvəz bazarından sonra, digər məşhur iş adamı – Araz Ağalarovun sahibi olduğu «Tvoy dom» ticarət şəbəkəsində də erməni məhsullarına qadağa qoyulub.
Bu barədə «Eksport Armeniya» şirkətinin sahibi Emil Stepanyan öz Feysbuk səhifəsində bildirib. O yazıb ki, «Food sity»dəki hadisələrin davamı olaraq bu gündən (yəni iyulun 23-dən) erməni istehsalçılarını «Tvoy dom» şəbəkəsindən də çıxarıblar.
Ermənistan hərbi qüvvələrinin Tovuzda Azərğaycana qarşı törətdiyi və 17 nəfərin mhəlak olması ilə nəticələnən təxribatına cavab olaraq atılan bu addım erməni tərəfinə çox pis təsir edib.
Belə ki, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan «Tvoy dom» ticarət şəbəkəsində baş veən hadisəni provokasiya adlandırıb.
Səfir etiraf edib ki, azərbaycanlılar Rusiyadakı ticarət şəbəkələrini «Böyük Dağlıq Qarabağ»a çevirirlər.