Çin hakimiyyəti ABŞ-ın Çendudakı konsulluğunun (Sıçuan əyaləti, Cənub-Qərbi Çin) bağlanmasını tələb edib.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.
Çin Xarici İşlər Nazirliyinin iyulun 24-də verdiyi açıqlamada deyilir: “Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Çindəki səfirliyini Çendudakı konsulluğu bağlamaq qərarı barədə məlumatlandırıb. Eyni zamanda, nazirlik ABŞ-ın Çendudakı konsulluğuna bütün fəaliyyət və tədbirlərin dayandırılması üçün konkret tələbələr irəli sürüb”.
Çin Xarici İşlər Nazirliyi vurğulayır ki, Çin tərəfinin bu təşəbbüsü ABŞ-ın əsassız hərəkətlərinə cavab xarakterini daşıyır.
Xatırladaq ki, iyulun 21-də ABŞ birtərəfli qaydada ÇXR-in Hyustondakı baş konsulluğunun bağlanmasını tələb edib. Çin qeyd edir ki, bu addım beynəlxalq hüququn əsas normalarını, habelə Çin və ABŞ arasındakı konsulluq müqaviləsinin müvafiq müddəalarını kobud şəkildə pozur.