10 C
Baku
Wednesday, December 11, 2024

Kredit ittifaqları cari ilin ilk yarımilliyini zərərlə tamamlayıb

Azərbaycanda kredit ittifaqları cari ilin ilk yarımilliyində 300 min manat zərər edib.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bu 1 iyul 2020-ci il tarixinə olan hesabatda qeyd edilir.

Kredit ittifaqlarının fai gəlirləri 1.1 mln. manat, fai xərcləri isə cəmi 30 min manat təşkil edib.

Qeyri-faiz gəlirləri və qeyri-faiz xərcləri nəzərə alınmaqla 800 min manat əməliyyat mənfəəti edilib.

Lakin, 1.1 mln. manat əlavə problemli kreditlərə ayrılmalar hesabına kredit ittifaqları 300 min manat zərər etməsi ilə nəticələnib.

Kredit ittifaqlarının balansındakı bölüşdürülməmiş mənfəət 1 iyul tarixinə 1.5 mln. manat olub.

Təşkilatların cəmi aktivləri 15.8 mln. manat olmaqla bunun 14.1 mln. manatı müştərilərə verilən kreditlər təşkil edir. Aktivlər ilin əvvəli 16.6 mln. manat idi.

Kredit ittifaqlarının  cəmi öhdəliklərinin həcmi 6 mln. manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər