23 C
Baku
Friday, September 20, 2024

Expressbank kartları ilə pul göndərmək sadələşdi

Expressbank bank kartları üzrə “Visa Personal Payments” və “MasterCard MoneySend” xidmətlərini təqdim edir. Bu xidmət vasitəsilə siz Visa və MasterCard sahibləri 24 saat ərzində MDB ölkələrinin istənilən bankının kart sahibinə pul göndərə bilərsiniz.

Xidmətdən istifadə etmək üçün bankomatda “Pul köçürmələri” bölməsini seçmək, sonra isə tələb olunan göstəriciləri daxil etmək zəruridir. Köçürmələr manat və ya ABŞ dolları ilə həyata keçirilir. Azərbaycan banklarının kart sahiblərinə pul göndərərkən 1%-dək, MDB ölkələri üzrə isə 1,5%-dək komissiya tutulur.

Son xəbərlər
Digər xəbərlər