15 C
Baku
Monday, May 6, 2024

TuranBankın məcmu kapitalını 54,4 milyon manata çatdırmışdır

2014-cü ilin sentyabr ayının 1-nə TuranBankın aktivləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 17,4%, ötən ilin sonu ilə müqayisədə isə 13,9% artaraq 278,3 mln. manat təşkil etmişdir. Hesabat tarixinə Bankın kredit portfeli 2013-cü ilin analoji dövrü ilə müqayisədə 12%, ötən ilin sonu ilə müqayisədə isə 14% artaraq 203,2 mln. manata çatmışdır.

Cari ilin avqust ayının sonuna Bankın müştəri hesabları və depozit portfeli 137,5 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 21% artaraq 66,8 mln. manat təşkil etmişdir.

1 sentyabr 2014-cü il tarixinə Bankın nizamnamə kapitalı 47 mln. manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artmışdır. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin sonu ilə müqayisədə 13%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 22% artaraq 54,4 mln. manat təşkil etmişdir.

2014-cü ilin yanvar-avqust ayı üzrə fəaliyyət nəticələrinə əsasən Bankın gəlirləri 21,401 mln. manat, xərcləri isə 16,418 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın balans mənfəəti 4,983 mln. manat olmuşdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər