Yaponiyanın elektronika reteyleri “Nojima” şirkəti işçilərinə 80 yaşa qədər işləməyə icazə verib.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Xatırladaq ki, daha əvvəl əmək qabiliyyətli insanların müəyyən olunmuş yaş həddi 65 olmuşdur. Qeyd edililir ki, kadrlar siyasətindəki dəyişiklik qismən şirkətin gələcəkdə işçi qüvvəsinin qıtlığı problemi ilə üzləşə bilməsi ilə əlaqədardır, bu barədə “Nikkei Asian Review” məlumat verib.
Bildirildiyi kimi, 80 yaşa qədər işləmək hüququ Yokohama işçilərinə şamil olunur. İş şəraiti və əmək haqqı kimi detallar hələ müzakirə olunur. Gələcəkdə “Nojima” 80 yaşdan sonra işləməyə hazır olan işçilər üçün iş yerləri saxlamaq variantlarını da nəzərdən keçirəcəkdir.
Xatırladaq ki, dünyanın ən yaşlı əhalisi Yaponiyadadır – 2006-cı ildə ölkədə 65 yaşdan yuxarı olan əhalinin payı 20%-dan çox olmuşdur.
Bununla əlaqədar olaraq, Yaponiya biznesi işçi qüvvəsinin çatışmazlığı problemi ilə üzləşir. Bu məqsədlə gələn ildən başlayaraq şirkətlər kadr siyasətinə müəyyən dəyişikliklər edəcəklər ki, onların işçiləri 70 yaşa qədər işləyə bilsinlər. Bəzi reteylerlər bu istiqamətdə müəyyən atdımlar atıblar. Məsələn, Koreyanın “Summit” supermarketlər şəbəkəsi işçilərinin pensiya yaşını 75-ə qaldırıb.