10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda yerli pambıq sortu yetişdirilir – VİDEO

Elmi-Tədqiqat və Bitki Mühafizəsi İnstutunun əməkdaşlarının araşdırmaları ilə əldə olunan yerli sort pambıq toxumları özünü doğruldub.

Fermerlər ötən illərdə təcrübə əkin sahələrində sınaqdan çıxan “Gəncə 110” sortuna artıq müraciətləri artırıb.

Bu növ pambığın əkini Saatlı rayonunda aprel ayından başlayıb. Belə fermerlərdən biri də Əliabbas Şəmmədovdur. 20 hektar sahədə məhsul əkən fermer “Gəncə 110” sortunun xarici sortlardan bir sıra üstün cəhətlərinin olduğunu bildirib.

Aran bölgəsinin torpaqlarının, əsasən, quraqlıq olduğunu nəzərə alsaq, deyə bilərik ki, sınaqdan uğurla çıxan “Gəncə 110” sortu bu torpaqlarda effektiv olacaq. Çünki həmin növün əsas üstünlüklərindən biri quraqlığadavamlı olmasıdır.

Yeni pambıq növü zərərvericilərə qarşı dözümlüdür və qısa zaman ərzində yüksək məhsuldarlığı ilə seçilir. Fermerlər avqustun ortalarından etibarən hər hektardan 50-55 sentner məhsul əldə edəcəklərini bildiriblər. Bu da yerli sortun xarici sortlarla müqayisədə qiyməti, keyfiyyəti, həm də məhsuldarlığı baxımından yüksək qiymətləndirilir.

Qeyd edək ki, yeni növün əkini müxtəlif rayonlarda həyata keçirilib. Fermerlər yerli sorta maraqlı olduğundan, bundan sonrakı dövrlərdə bir sıra rayonlarda bu sort pambığın əkini planlaşdırılıb.

MənbəBakutv
Son xəbərlər
Digər xəbərlər