9 C
Baku
Friday, December 13, 2024

Son bir ayda şirkətlər 9 mindən çox bank hesabı açıblar

2020-ci ilin iyun ayı ərzində müştəri hesablarının sayı bir ayda 425 min 227 ədəd artaraq 19 milyon 887 min 235-ə çatıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

O cümlədən, cari hesabların sayı 389 min 265 artaraq 17 milyon 18 min 177-ə, kredit hesablarının sayı 31 min 44 artaraq 2 milyon 582 min 377-ə, depozit hesablarının sayı isə 4 min 918 artaraq 286 min 681-ə yüksəlib.

Ötən ilin iyun ayı ilə müqayisədə isə cari hesabların sayı 2 milyon 41 min 679, həmçinin fiziki şəxslərin cari hesablarının sayı 2 milyon 129 min 474, hüquqi şəxslərin cari hesablarının sayı isə 3 min 534 artıb. Bu ilin iyun ayında fiziki şəxslərin cari hesablarının sayı 16 milyon 768 min 435, hüquqi şəxslərin cari hesablarının sayı 249 min 742 olub. Aylıq müqayisədə isə hüquqi şəxslərin cari hesablarının sayı 9 min 289 artıb.

Son xəbərlər
Digər xəbərlər