“CinemaPlus” kinoteatrlar şəbəkəsində rəhbərliyində yeni təyinat olub.
“CinemaPlus” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında Zaur Darabazadə Cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.
Məlumat üçün bildirək ki, 2015-ci ildə Zaur Darabzadə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub.
2018-ci ildən “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru idi.