“Revolut” fintex startapının əməliyyat direktoru Riçard Devis vəzifəsini tərk edəcək.
Banker.az xəbər verir ki, bu barədə “Financial Times” qəzetinə istinadən “Forbes” yazıb.
Xatırladaq ki, Devis bu şirkətə 2019-cu ilin iyulunda gəlmişdir: o, biznesin idarə edilməsinə və startapın yeni bazarlara çıxmasına kömək etməli idi. Devisin əsas vəzifələrinə həmçinin investisiya cəlb etmək və tənqidlərə cavab vermək də daxil idi.
“Revolut”un top-meneceri bank sənayesinin veteranıdır, FT yazır: ingilis fintex startapına gəlməzdən əvvəl Riçard Devis TSB, HSBC, Barclays kimi banklarda rəhbər vəzifələr tutub. Bundan sonra o, İngiltərənin Alica Bank bankında baş direktor vəzifəsini tutmağı planlaşdırır.
2019-cu ilin mart ayında üç illik iş təcrübəsindən sonra “Revolut”un maliyyə direktoru Peter Heqqins vəzifəsini tərk etmişdir. O, şirkətin qlobal inkişafa yönəldiyini və müvafiq təcrübəyə sahib olan bir insana ehtiyac duyduğunu qeyd etmişdir.
Riçard Devis vəzifəsindən “mehriban şəkildə” ayrılır və bank sahəsində irəlilədiyi üçün iş yerini dəyişdirmək qərarına gəlir. Bildirildiyi kimi, mütəxəssis startapın Avropa biznesi sahəsində məsləhətçisi vəzifəsini icra etməyə davam edəcək, eyni zamanda “Revolut”un beynəlxalq holdinq şirkətinin idarə heyətində direktor olacaq.