25 C
Baku
Saturday, October 5, 2024

Yanvar-iyul aylarında Azərbaycanda bankların xarici öhdəlikləri 9% artıb

Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2014-cü il avqust ayının 1-nə 4 mlrd. 527,9 mln. manat təşkil edir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 9,36% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

Bu ilin iyul ayında Azərbaycanda bankların xarici öhdəlikləri 1,4% artıb.

AMB-nin məlumatına əsasən, 2014-cü il avqust ayının 1-nə Azərbaycan banklarının ümumi xarici aktivləri 3 mlrd. 211,2 mln. manat təşkil edir ki, bu da ilin əvvəlinə olan göstəricidən 39,7% çoxdur. İyul ayında bankların ümumi xarici aktivləri 11,25% artıb.

Azərbaycanda bankların xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kreditlərdən, qeyri-rezidentlərdən cəlb edilmiş depozitlərdən və qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.

İnterfax.az

Son xəbərlər
Digər xəbərlər