Azərbaycanda maliyyə sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2020-ci ilin yanvar-may ayları ərzində 1 935,4 manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu sektorda çalışanların orta aylıq əməkhaqqı 1 709,5 manat olub. Beləliklə, maliyyə və sığorta fəaliyyətində çalışanların əməkhaqlarında illik müqayisədə 225,9 manat və ya 13,2% artım qeydə alınıb.
Rəsmi statistikaya əsasən, dövlət sektorunda çalışanların orta aylıq nominal əməkhaqqı 1 856,8 manat olub, özəl sektorda isə bu göstərici 1 954,5 manat təşkil edib.