6 C
Baku
Sunday, December 15, 2024

Regionlarda yeni elektron ATS-lər qurulub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yeni növ koronavirus (COVID-19) pandemiyası zamanı da əhalinin telekommunikasiya xidmətlərinə olan tələbatının ödənilməsi üzrə çoxsaylı işlər həyata keçirilir.

Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Növbəti olaraq nazirliyə məxsus “Aztelekom” MMC bir sıra rayonlarda yeni Elektron ATS-lər qurub, nömrə tutumlarını artırıb.

Görülmüş tədbirlər nəticəsində İsmayıllının Külüllü, Gədəbəyin Qaradağlı, Qəbələnin Abdallı, Qusarın Bədirqala, Biləsuvarın Səmədabad, Ağdamın Təzəkənd, Qobustanın Poladlı, Hacıqabulun Nəvai kəndlərində və Ağcabədi rayonunun Üzeyir Hacıbəyli prospektində yeni Elektron ATS-lər sakinlərin istifadəsinə verilib.

Bundan başqa Ağdamın Təzəkənd, Qəbələnin Məmmədağalı, Zaqatalanın Gözbarax, Danaçı, Lahıc, Qobustanın Poladlı, Hacıqabulun Nəvai kəndlərində mövcud EATS-lərin nömrə tutumları artırılıb.

Daha çox vətəndaşa telekommunikasiya xidmətlərindən yararlanmaq imkanının yaradılması üçün işlər davam etdiriləcək.

Son xəbərlər
Digər xəbərlər