Avrozonanın bank sektoru yeni koronavirusla mübarizədən qaynaqlanan iqtisadi şoka qarşı dayanıqlıdır, deyə Avropa Mərkəzi Bankı bildirib.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Avropa Mərkəzi Bankının qiymətləndirməsində göstərildiyi kimi, Avrozonanın bank sektoru koronavirusun yaratdığı stresə tab gətirir, amma vəziyyət psiləşərsə, bank kapitalının sovrulması daha əhəmiyyətli olacaqdır”, – mesajda deyilir.
Əsas ssenariyə əsasən, CET1 banklarının məcmu kapital nisbəti 2022-ci ilin sonuna qədər təxminən 1,9 faiz punktu enəcəkdir – 12,6%. Bu halda banklar iqtisadiyyatı kreditləşdirməyə davam edə biləcəklər. Ən pis ssenariyə görə, göstərici 5,7 faiz punktu enə bilər – 8,8%. Bu vəziyyətdə “banklar minimum kapital tələblərinə cavab vermək üçün müvafiq tədbirlər görməli olacaqlar”.
Əsas ssenari Avrozonanın real ÜDM-sinin 2020-ci ildə 8,7%, 2021 və 2022-ci illərdə isə 5,2% və 3,3% artacağını nəzərdə tutur. Ən pis ssenarı 2020-ci ildə ÜDM-nin 12,6%, 2021 və 2022-ci illərdə isə 3,3% və 3,8% artacağını güman edir.