6 C
Baku
Thursday, January 16, 2025

Xarakterinizin güclü tərəfi hansıdır? – Test

Bir çox insan öz xaraketinin güclü tərəfi haqqında danışmağa elə də həvəsli deyil. Bununla belə əksər insanlar ümumiyyətlə bu haqda məlumata belə sahib deyillər.

Əgər siz də bu insanların sırasındasınızsa aşağıda təqdim etdiyimiz test vasitəsilə xarakterinizin güclü yanlarını müəyyən edə bilərsiniz.

Qarşınızda 8 növ şəkil var. Sizə ilk baxışdan daha xoş gələn təsviri seçin və testin nəticəsi ilə tanış olun

1  – «rəhbər»

Adətən bu insanlar rəhbərlik və təşkilatçılıq fəaliyyətinə daha yaxın olurlar. Bu insanlar sosial sahəyə meyilli olurlar və insanlar ilə ünsiyyətində müəyyən məsafələr təyin edirlər. Lakin bu şəxslər yüksək intellektual inkişafa malik deyillərsə professional fəaliyyətdə bir o qədər uğur əldə edə bilmirlər.

2 – «məsuliyyətli icraçı»

Bu insanlar da bir çox hallarda “rəhbər” xüsusiyyətlərinə nail olurlar, lakin bir çox yüksək məsuliyyət tələb edən qərarların verilməsində şübhəyə qapılırlar. Bu xarakterə məxsus olan insanlar yüksək professionallıq və tapşırılan hər bir işə qarşı yüksək məsuliyyət sərgiləyirlər. Bir çox hallarda bu şəxslər əsəb sistemi ilə bağlı yaranan xəstəliklərdən əziyyət çəkirlər. Buna səbəb isə həddindən artıq işlə yüklənmə göstərilir.

3  – «narahat»

Bu xarakterə sahib olan insanlar üçün adətən eyni bir peşə ilə məşğul olmaq çox darıxdırıcıdır və gözlənilmədən hazırki işlərini tamamilə əks istiqamətdə dəyişə bilərlər. Fiziki olaraq səliqəsizlik və çirkə dözə bilmirlər və bu səbəbdən də çox vaxt başqaları ilə mübahisə edirlər. Adətən nəzakətli davranışa ehtiyac duyurlar.

4 – «alim»

Bu insanlar adətən öz davranışları və daxili aləmi ilə balansı qoruyub saxlaya bilirlər. Bu xarakter tipinə məxsus insanlar adətən incəsənətin kino, sirk, teatr, cizgi filmi və s. sahələrində bacarıqlı olurlar.

5 – «intuitiv»

Bu tipə məxsus insanlar yüksək dərəcəli həssas əsəb sisteminə sahibdirlər. Asanlıqla bir işdən digər bir işə keçə bilərlər. Bu insanlar başqalarına qayğı göstərir, daxili özünü idarəetmə qabiliyyətinə sahibdir və azadlıqlarını dar çərçivəyə salan hər bir şeyə sərt şəkildə reaksiya verirlər.

6 – «ixtiraçı, yaradıcı, rəssam»

Bu tipə məxsus insanlar zəngin təxəyyülə, uzaq görənliyə sahibdirlər və adətən bədii və intellektual yaradıcılıqla məşğul olurlar. Adətən özlərinə qapanıqdırlar və öz mənəvi qanunlarına sahibdirlər. Emosionaldırlar və öz ideyalarına daim sadiq olaraq qalırlar.

7 – «emosional»

Bu insanlar digər insanlara qarşı münasibətdə yüksək həddə “dərdə ortaq olmaq” qabiliyyətinə sahibdir, filmlərdəki dəhşətli səhnələri çətinliklə unudur, baş vermiş mənfi hadisələrin təsirindən çıxmaqda çətinlik çəkirlər. Bununla belə, ətrafdakı insanların problemlərinə, əzablarına biganə qala bilmir və onlarla birgə narahatlıq hissi keçirir.

8 – «digər insanların narahatlıqlarına biganə»

Bu xarakterə sahib olan insanlar emosional xarakterli insanlara tamamilə əks mövqedədirlər.  Adətən ətrafındakı insanların narahatlıqlarına fikir belə vermir, hətta bəzən onlara təzyiq də göstərirlər. Əgər bu şəxs yaxşı mütəxəssisdirsə, digərlərinə öz lazım bildiyi şeyləri etməyə məcbur edə bilər.

Son xəbərlər
Digər xəbərlər