ABŞ hökuməti “Kodak” şirkəti ilə dərman istehsalının qurulmasına dair 765 milyon dollarlıq müqavilə imzalayıb. Banker.az xəbər verir ki, bu barədə prezident Donald Trampın açıqlamalarına istinadən TASS məlumat verib. Qeyd edildiyi kimi, gələcək şirkətin adı “Kodak Pharmaceuticals” olacaq.
“Mənim administrasiyam böyük Amerika şirkəti ilə tarixi bir razılaşma əldə edib. Yəqin ki, əvvəlki illərdə istifadə etdiyimiz Kodak lentlərini xatırlayırsınız”, – prezident söyləyir.
Onun sözlərinə görə, şirkət ABŞ-da bütün dərman komponentlərinin 25%-ni istehsal edəcək. İstehsalın Nyu-York ştatında olacağı bildirilir.