25 C
Baku
Saturday, October 5, 2024

İqtisadiyyata ən çox kredit qoyuluşunu özəl banklar edib

1 Avqust 2014-cü il tarixində Azərbaycanda dövlət bankı tərəfindən iqtisadiyyata 5 894,3 milyon manat (34,6%), özəl banklar tərəfindən 10 637,6 milyon manat (62,4%), qeyri-bank kredit təşkilatları tərəfindən isə 502,1 milyon manat (2,9%) kredit qoyulmuşdur.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, son 1 ildə dövlət bankları tərəfindən qoyulmuş kreditlərdə 1 007 mln manat və ya 21%, özəl banklar tərəfindən qoyulmuş kreditlərdə 1 719 mln manat və ya 20%, qeyri-bank kredit təşkilatları tərəfindən qoyulmuş kreditlər isə 110 mln manat və ya 28% artıb.

Kreditlərin 12 467,1 milyon manatı manatla, 4 566,9 milyon manatı isə xarici valyuta ilə verilmişdir.

Son xəbərlər
Digər xəbərlər