Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 310 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsinin göstəri, bu, ötən ilin eyni dövrünə nisbətən 1,1% çoxdur.
Son 1 ildə muxtar respublikada adambaşına düşən ÜDM-in dəyəri isə 1,7% artaraq 2 848 manat olub.
6 aylıq ÜDM-in tərkibində ilk yeri 30,1%-lik payla sənaye sahəsi tutub və maddi istehsalın 58%-ni təşkil edib. Son 1 ildə bölgədə sənaye istehsalı 1% artıb.
Hesabat dövründə kənd təsərrüfatında 3,4%, informasiya və rabitə xidmətlərində isə 3,1% artım olub.
Muxtar respublikada 561,5 milyon manat dəyərində sənaye məhsulu istehsal olunub. Bu, ötən ilin eyni dövrünə nisbətən 1% çoxdur.
Sənaye məhsulu istehsalının 96,3%-i malların, 3,7%-i isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 94,2% təşkil edib ki, bu da ölkənin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir.