1 C
Baku
Saturday, December 14, 2024

2020-ci ilin ən bahalı markalarının adları açıqlandı

“Forbes” jurnalı dünyanın 100 ən bahalı markasının siyahısını dərc edib. Bildirildiyi kimi, onların ümumi dəyəri 2019-cu ildən bəri 2,33 trilyon dollardan 2,54 trilyon dollara qədər artmışdır. 

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Ənənəvi olaraq, reytinqdə İT şirkətləri liderlik edir. Qeyd edək ki, ilk beşlik 2019-cu ildən bəri dəyişməyib.

2020-ci ilin 10 ən bahalı brendi:

  1. “Apple” – 241,2 milyard dollar (+17%).
  2. “Google” – 207,5 milyard dollar (+24%). 
  3. “Microsoft” – 162,9 milyard dollar (+30%). 
  4. “Amazon” – 135,4 milyard dollar (+40%). 
  5. “Facebook” – 70,3 milyard dollar(-21%). 
  6. “Coca-Cola” – 64,4 milyard dollar (+9%). 
  7. “Disney” – 61,3 milyard dollar (+18%). 
  8. “Samsung” – 50,4 milyard dollar (-5%). 
  9. “Louis Vuitton” – 47,2 milyard dollar (+20%). 
  10. “McDonald’s” – 46,1 milyard dollar (+5%). 

Qeyd

Siyahıdakı şirkətlərin yarıdan çoxu ABŞ-da yerləşir, onu – Almaniyada, doqquzu – Fransada, altısı – Yaponiyada, beşi – İsveçrədə. 

İT şirkətlərindən sonra siyahıda ikinci yerdə maliyyə xidmətləri dayanır – 14 müəssisə, 11 avtomobil şirkəti, 8 pərakəndə satış. 

“Visa” (25-ci yerdən 18-ci yerə), “Adidas” (61-ci yerdən 51-ci yerə) və “Netflix” (38-ci yerdən 26-cı yerə) şirkətinin mövqeyi nəzərəçarpacaq qədər dəyişib. 

2020-ci ildə dünyanın ən bahalı markaları siyahısına “Nintendo”, “Hennessy”, “Burger King” və “AXA” şirkəti daxil olub. “Phillips”, “Hewlett Packard Enterprise” və “Kellogg’s” bu siyahını tərk edib.

Son xəbərlər
Digər xəbərlər