10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda Post-terminalların sayında böyük azalma

Azərbaycanda POS-terminalların sayı 2020-ci ilin iyun ayında yanvar – iyun dövründə isə 13 min 173 ədəd azalaraq 55 min 631 ədədə düşüb.

Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ilk 6 ayda pərakəndə ticarət obyektlərində quraşdırılan POS-terminalların sayı 13 min 116 ədəd azalaraq 54 min 223 ədədə geriləyib.

Ötən ilin müvafiq dövründə POS-terminalların sayı 63 min 396 ədəd olub. İllik müqayisədə post-terminalların sayında 7 min 765 ədəd azalma müşahidə olunur.

2020-ci ilin Mart ayının sonundan başlayaraq post-terminalların sayı azalıb. Aprel ayında 14 min 459 ədəd azalıb, May ayında isə 1 min 641 ədəd azalıb. Həmçinin POS-terminal sayındakı azalma 4 bankın lisenziyasının ləğv edilməsi ilə də bağlıdır. İyun ayından başlayaraq post-terminalların sayında 604 ədəd artım qeydə alınıb. Onu da bildirək ki, cari ilin İyun ayında Bakıda quraşdırılan post-terminalların sayı 36 min 326, regionlarda isə 19 min 305 olub.

Son xəbərlər
Digər xəbərlər