9 C
Baku
Friday, December 13, 2024

“Huawei” doqquz ildə ilk dəfə olaraq smartfon tədarükündə liderlik edir

“Huawei” şirkəti smartfon satışı üzrə liderə çevrilib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Çinin İT nəhəngi “Samsung” və Apple” şirkətini qabaqlayaraq smartfon satışı üzrə liderə çevrilib. Qeyd edək ki, bu son doqquz il ərzində ilk dəfədir baş verir. “Canalys” araşdırma şirkətinin verdiyi məlumata görə, 2020-ci ilin ikinci rübündə “Huawei” 55,8 milyon, “Samsung” isə 53,7 milyon mobil cihaz satıb.

Analitiklərin fikrincə, bunun əsas səbəbi COVID-19 koronavirus pandemiyasının yayılması olub. Ümumilikdə, “Huawei”in 2020-ci ilin aprel-iyun aylarında satışları keçən ilin eyni dövrü ilə müqayisədə 5% azalıb.

Şirkətin xaricə tədarükü 27% azalsa da, Çin bazarındakı dominantlığı xeyli güclənib. Nəticədə, bu gün “Huawei” smartfonlarının 70%-ni Çində satır.

“Bu, bir il əvvəl proqnozlaşdırılan göstəricilərdən daha yaxşı nəticədir. Əgər COVID-19 olmasaydı, bu baş verməzdi”, – deyə “Canalys”in baş analitiki Ben Stanton bildirir.

Avropada “Huawei”in smartfonlar bazarındakı payı get-gedə azalır: 2019-cu ilin ikinci rübündə 22%, 2020-ci ilin aprel-iyun aylarında isə 16% təşkil edib. Bununla yanaşı, Çinin “Xiaomi” şirkəti Avropa bazarındakı payını 6%-dan 13%-ə qədər artırıb.

“Huawei”in Avropa bazarındakı payının kəskin şəkildə azalmasını ABŞ-ın sanksiyaları ilə izah etmək olar. Qeyd edək ki, şirkət Google Android əməliyyat sistemlərindən istifadə edə bilmir, bu isə beynəlxalq bazarlar üçün çox vacibdir.

Son xəbərlər
Digər xəbərlər