8 C
Baku
Friday, December 13, 2024

Azərbaycan Mərkəzi Bankı: biznesin inam indeksi neqativ zonadadır

“Pandemiya ilə bağlı zəruri məhdudiyyət tədbirləri daxili iqtisadi aktivliyə iyun-iyul aylarında da neqativ təsir göstərmişdir”.

Banker.az bildirir ki, bunu bu gün Mərkəzi Bankın faiz dəhlizinə dair press-relizdəki açıqlamasında deyilir.

Məlumatda deyilir ki, real sektor müəssisələrinin monitorinqi göstərir ki, biznes inam indeksi qeyri-neft sənayesi, tikinti, ticarət və xidmət sahələri üzrə iyun ayında da neqativ zonada qalıb. Eləcə də, təsərrüfatları arasında iyun ayında aparılmış sorğu istehlakçı inam indeksinin də azaldığını göstərir.

“Məcmu tələbin bütün komponentlərində azalma fonunda rəsmi statistikaya görə cari ilin 6 ayında iqtisadiyyatın baza sahələri olan qeyri neft-qaz sənayesi və kənd təsərrüfatında iqtisadi artım davam etsə də, bütövlükdə ÜDM real ifadədə 2.7%, o cümlədən qeyri-neft sektoru üzrə 2.5% azalmışdır.

Hökumətin və Mərkəzi Bankın birgə aktiv antiböhran tədbirlərinin icrası, xüsusən də pandemiyadan zərər çəkən sahələrin dəstəklənməsi tədbirləri iqtisadi aktivliyin azalmasının miqyasını əhəmiyyətli kiçiltməyə kömək etmişdir. Virus təhlükəsinin qaldığı və sosial təcrid tədbirlərinin davam etdiyi şəraitdə iqtisadi artımın öz potensialına yaxınlaşması prosesinin qlobal iqtisadiyyatda gözlənildiyi kimi tədricən baş verəcəyi proqnozlaşdırılır.

Uçot dərəcəsinin azaldılması, ilin qalan dövründə pul təklifinin proqnozlaşdırılan genişlənməsi məcmu tələbin bərpasına, iqtsadi aktivliyin və məşğulluğun dəstəklənməsinə müsbət təsir göstərəcəkdir” – deyə məlumatda deyilir.

Son xəbərlər
Digər xəbərlər