Amerikanın çip istehsalçısı “Qualcomm” və Çinin “Huawei” şirkəti texnologiyaların lisenziyalaşdırılmasına dair müqavilə bağlayıblar.
Banker.az xarici KİV-ə istinadən bu barədə xəbər verir.
Müqavilənin şərtlərinə görə, “Huawei” öz cihazlarında “Qualcomm”un patentləşdirilmiş texnologiyalarından istifadə edə biləcək. Bundan əlavə, Çin şirkəti əvvəllər ödənilməmiş lisenziya haqlarını qarşılamaq üçün 1,8 milyard dollar ödəyəcəkdir.
“Qualcomm”un rəhbəri Stiv Mollenkopf bildirir ki, müqavilə gələcək satışları əhəmiyyətli dərəcədə artıracaq. Dəqiq rəqəmlər açıqlanmır.
Xatırladaq ki, tərəflər arasındakı razılaşma ABŞ və Çin arasında yaşanan gərginliklər fonunda əldə edilib: prezident administrasiyası Pekini kommersiya sirlərinin oğurlanmasında günahlandıraraq, amerikan şirkələrinə “Huawei”in avadanlıqlarından istifadə etməyi qadağan edib.
“Qualcomm” və “Huawei”in əməkdaşlığına 2019-cu ilin may ayında son qoyulmuşdur. Həmin ərəfələrdə ABŞ-ın Ticarət Nazirliyi Çin şirkətini “qara siyahı”ya daxil etmişdir.
Müqavilədən sonra “Qualcomm”un səhmləri demək olar ki, 12% bahalaşıb.