1 Avqust 2014 –cü il tarixində Azərbaycanda ən çox kredit ev təsərrüfatı üzrə qoyulub.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, hazırda ev təsərrüfatı üzrə 6 986,1 mln manat kredit qoyulub ki, bu da ilin əvvəlindən 679 mln manat və ya 11% artım deməkdir.
Ötən il ilə müqayisədə isə ev təsərrüfatı üzrə kredit qoyuluşunda 1 559 mln manat və ya 29% artım olub.
Digər səhələr üzrə isə
Ticarət və xidmət sahəsinə – 2 458,8 mln manat (14,4%), Nəqliyyat və rabitə sahəsinə – 578,7mln manat, (3,4%), Sənaye və istehsal sahəsinə- 1 994,8 mln manat, (11,7%), Energetika, kimya və təbii ehtiyatlar sahəsinə – 223,1 milyon manatı və ya 1,3%-i, Kənd təsərrüfatı və emalına 762,0 milyon manatı və ya 4,5%-i, İnşaat və əmlak sahəsinə 2 313,9 milyon manat (13,6%) kredit qoyuluşu olub.