Azərbaycanda fəaliyyət göstərən holding ləğv edildi.
Banker.az xəbər verir ki, “RH Holding” MMC ləğv edildiyini elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ2300 Göyçay şəhəri, Göyçay rayonu, Yenikənd küçəsi, ev 300, mənzil 0 ünvanına bildirə bilərlər.
Bildirək ki, bu Holding 2018-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. “RH Holding”in nizamnamə kapitalı 5 manatdır və qanuni təmsilçisi Ramin Salmanov Qəhrəman oğludur.